“Liverpul” çempionatın qalibi olmaq şansı əldə edə bilməsə…”
“Lester”in baş məşqçisi Brendan Rocers keçmiş komandası “Liverpul”la bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Rocers, Mersisayd klubunun koronavirus pandemiyası səbəbiylə dayandırılan Premyer Liqanın çempionu olması lazım olduğunu bildirib:
“Liverpul” bu mövsüm çempionatda ən yaxşı komanda oldu. Onların oynadıqları səviyyə, keyfiyyət möhtəşəm idi. “Liverpul” çempionatın qalibi olmaq şansı əldə edə bilməsə, bu, utancverici olar. Onlar çox uzun müddətdir bunu gözləyirlər və buna layiqdirlər. Amma komandanın baş məşqçisi Yurgen Klopp hamımız kimi tezliklə oyunların bərpa olunacağına ümid edir”.
47 yaşlı mütəxəssis 2012-2015-ci illərdə “Liverpul”u çalışdırıb.
“Liverpul” cari mövsümdə Premyer Liqada keçirdiyi 29 oyundan sonra 82 xal toplayıb və ən yaxın izləyicisini 25 xal qabaqlayır.
Bizi Facebook-da izləyin