Sabiq futbolçu “Liverpul”un zəif nöqtəsini göstərdi

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz “Liverpul”un Premyer Liqa çempionluğunu qoruma potensialına sahib olduğunu bildirib. Ancaq o, komandanın müdafiə xəttində zəif nöqtəsi olduğunu da vurğulayıb.

Komanda.az xəbər verir ki, Skoulz bu fikirləri “The Overlap Fan Debate” proqramında səsləndirib:

“Mən “Liverpul”u görməzdən gələ bilmirəm. Amma hələ də düşünürəm ki, onlara bir mərkəz müdafiəçisi lazımdır. Çünki Vircil van Dayk və ya İbrahima Konate zədələnərsə, bu, komanda üçün ciddi problemə çevrilə bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button