5-ci afrikalı

“Liverpul” Çempionlar Liqasının final matçında “Tottenhem”i 2:0 hesabıyla məğlub edərək, turnirin qalibi olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada komandasının ilk qolunu vuran misirli Məhəmməd Salah, Çempionlar Liqası tarixində həlledici görüşdə qol vura bilən 5-ci afrikalı futbolçu olub.

Ondan əvvəl Rabah Madcer (“Portu”, 1987), Samuel Eto (“Barselona”, 2006, 2009), Didye Droqba (“Çelsi”, 2012) və Sadio Mane (“Liverpul”, 2018) ÇL-in final matçlarında fərqlənməyi bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button