“Real”la sonuncu finalda baş verənlərdən sonra…” – Salah
“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının finalında “Real”a qarşı keçiriləcək oyun haqda gözləntilərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, misirli futbolçu, “Liverpul”un Çempionlar Liqasını qazana biləcəyini deyib:
“Real”la sonuncu finalda (1:3) baş verənlərdən sonra çox motivasiya oldum. Premyer Liqada baş verənlərdən sonra isə “Liverpul” Çempionlar Liqasını qazanacaq gücə malikdir”.
“Liverpul” son mövsümdə İngiltərə Premyer Liqasında 92 xalla “Mançester Siti”dən 1 xal geri qalaraq, ikinci pilləni tutub.
ÇL-in final oyunu mayın 28-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin