“Liverpul” 4-cü oldu – İngiltərə klubları arasında

“Liverpul” Çempionlar Liqasında səfərdə Belçika “Genk”ini məğlub edib – 4:1.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, Aleks Oksleyd-Çemberleynin 57-ci dəqiqədə vurduğu qol, Mersisayd təmsilçisi üçün turnir tarixində 200-cü olub. “Liverpul” ÇL tarixində 200 və daha çox qol vuran 4-cü ingilis komandası olub. Mersisaydlılardan əlavə, “Mançester Yunayted”, “Çelsi” və “Arsenal” Çempionlar Liqasında 200-dən çox qol vurmuşdu.

“Liverpul” ÇL-i 6 dəfə qazandığı halda, “Mançester Yunayted” 3, “Çelsi” 1 dəfə qalib olub. London “Arsenal”ı isə heç vaxt bu turnirin qalibi olmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button