
“Liverpul” “Çelsi”nin ala bilmədiyi futbolçunu transfer edir
“Liverpul” “Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedonu transfer etməyə yaxındır.
Komanda.az “TalkSport”-a istinadən xəbər verir ki, Mersisayd klubu ekvadorlu üçün 100 milyon funt-sterlinqdən daha yüksək məbləğ ödəməyə hazırdır.
Öncədən “Çelsi”nin futbolçunu transfer edə bilmədiyi haqda xəbər vermişdik.
Kaysedo 2022/23 mövsümündə “Brayton”un heyətində 43 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Onun “qağayılar”la müqaviləsi 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin