“Liverpul” Braziliya klubunun futbolçusunu izləyir

“Flamenqo”nun müdafiəçisi Uesli “Liverpul”un marağına səbəb olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu ötən mövsümdən bəri braziliyalı futbolçunun inkişafını izləyir.

Braziliya klubu son vaxtlar 21 yaşlı oyunçunun transfer imkanlarını daha ətraflı nəzərdən keçirməyə başlayıb. Hələlik rəsmi danışıqlar aparılmır.

Gənc futbolçu “Flamenqo”da 113 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. “Liverpul”un hazırkı sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold yayda azad agent kimi klubu tərk edə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button