“Liverpul” Bellingemi transfer edə bilməsə…

Argentina millisinin və “Benfika”nın yarımmüdafiəçisi Enzo Fernandes “Liverpul”un maraq dairəsindədir.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, İngiltərə klubu “Borussiya”dan (Dortmund) Çud Bellingemin keçidini həll edə bilməsə, alternativ olaraq “Benfika”dan Fernandesi transfer etməyi düşünür.

Almaniya klubunun rəhbərliyi 19 yaşlı ingiltərəli futbolçunun transferi üçün ən azı 150 milyon avro istəyir.

Öncədən PSJ-nin də son dünya çempionu ilə maraqlandığı bildirilirdi.

Fernandesin “Benfika” ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir. O, bu mövsüm Portuqaliya klubunun heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button