
“Liverpul” “Bayern”in oyunçusunu izləyir
“Bayern”in vingeri Kinqsli Koman karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin xidmətində “Liverpul” maraqlıdır.
Mersisaydlılar Komanı izləyir, ancaq hələ danışıqlara başlamayıblar. Onun Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
28 yaşlı yarımmüdafiəçi bu mövsüm Almaniya çempionatında 22 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



