“Liverpul” “Bavariya” qarşısına onsuz çıxacaq
“Liverpul” Çempionlar Liqasının 1/8 finalının cavab oyununda “Bavariya” ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, İngiltərə təmsilçisi bu qarşılaşmada Nabi Keytanın köməyindən istifadə edə bilməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Keytanın zədə səbəbindən “Bavariya” ilə oyunda olmayacağı bildirilir.
“Bavariya” – “Liverpul” matçı bu gün, saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin