“Liverpul” – “Barselona” matçı türkə tapşırıldı
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Barselona” – “Liverpul” matçına təyinatlar açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Enfild Roud”da keçiriləcək qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Cüneyt Çakır, köməkçiləri Bahattin Duran və Tarık Ongun olacaq. Dördüncü hakim funksiyasını portuqaliyalı Artur Soares Dias yerinə yetirəcək. VAR hakimləri isə Feliks Zvayer ilə Saşa Ştegemann olacaq.
“Liverpul” – “Barselona” matçı mayın 7-də, saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Barselona” 3:0 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin