“Liverpul” Arturla hansı şərtlərlə anlaşıb?
“Liverpul”un “Yuventus”dan icarəyə götürdüyü braziliyalı yarımmüdafiəçi Artur Melo ilə hansı şərtlərlə anlaşdığı məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” 26 yaşlı futbolçunu mövsümün sonunda 37,5 milyon avroya almaq imkanına malik olacaq. Amma İngiltərə klubu bu məbləğin qarşı tərəfə yalnız 2024-cü ilin yayında ödənilməsi ilə bağlı razılığa gəlib.
Artur “Qremio”nun məzunudur. O, 2018-ci ildə “Barselona”ya, iki il sonra isə “Yuventus”a keçib.
2019-cu ildə futbolçu Braziliya millisi ilə Amerika kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin