“Liverpul” adı “Real”la hallan futbolçusu ilə danışıqlar aparır
“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold “Real”a keçəcəyi xəbərlərinə baxmayaraq, klubunda qala bilər.
Komanda.az “Deadlinedaylive”-ə istinadən xəbər verir ki, tərəflər son həftələr danışıqlar aparır və müəyyən irəliləyiş əldə ediblər. İngiltərəli futbolçu ilə “qırmızılar” arasında hazırkı müqavilə gələn ilin yayında başa çatacaq.
Aleksander-Arnold 2016-cı ilin yayından “Liverpul”da çıxış edir. Onun transfer dəyəri 70 milyon avro qiymətləndirilir.
26 yaşlı müdafiəçi Premyer Liqanın cari mövsümündə 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin