“Liverpul” türk futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır

“Real”ın yarımmüdafiəçisi Arda Gülərin karyerasını İngiltərə çempionatında davam etdirmək variantı var.

Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

Türkiyəli futbolçunun transferində “Liverpul” maraqlıdır. Mersisayd klubunun rəhbərliyi onun alınması üçün 70 milyon avro ayırmağa hazırdır. Bu təzminat məbləği “kral klubu”nun rəhbərliyini qane etmir. Belə ki, onlar ən azı 80 milyon avro ilə danışıqlara başlamaq niyyətindədirlər.

Arda ötən yay Madrid klubuna keçib. 19 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button