“Liverpul” apellyasiya şikayəti verəcək
“Liverpul” İngiltərə Premyer Liqasının 2-ci turunun “Bornmut”la oyununda (3:1) qırmızı vərəqə alan yarımmüdafiəçi Aleksis Makallisterin cəzası ilə bağlı apellyasiya şikayəti vermək niyyətindədir.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, klubun müraciəti qəbul edilsə, argentinalı futbolçu Premyer Liqanın növbəti matçında iştirak edəcək. Əks halda, yarımmüdafiəçi qarşıdakı üç oyunu buraxmalı olacaq: “Nyukasl”, “Aston Villa” və “Vulverhempton”la matçlar.
Makallister 2023-cü ilin iyulunda “Liverpul”a keçib və İngiltərə klubunda iki oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin