“Liverpul” Xabi Alonsonun namizədliyindən imtina edib
“Liverpul” “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonsonu baş məşqçi postuna dəvət etmək fikrindən imtina edib.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, İngiltərə klubu Alonsonun təyinatını artıq nəzərdən keçirmir, çünki ispaniyalı mütəxəssis ən azı bir mövsüm daha “Bayer”də qalmaq niyyətindədir.
“Liverpul” rəhbərliyi alternativ namizədləri nəzərdən keçirir. Klubun qısa siyahısında “Sportinq”in baş məşqçisi Ruben Amorim və “Brayton”un çalışdırıcısı Roberto De Zerbi var.
Alonso 2022-ci ildən “Bayer”ə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda bu mövsüm Almaniya çempionatında 26 turdan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin