
“Liverpul” məşhur şirkətlə uzunmüddətli müqavilə bağlayıb
“Liverpul” rəsmi tərəfdaşı olacaq idman markası “Adidas”la uzunmüddətli müqavilə imzaladığını açıqlayıb.
Mersisaydlılar artıq bu şirkətlə əməkdaşlıq ediblər.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Adidas” yenidən klubun rəsmi tərəfdaşı olacaq və yeni, çoxillik ortaqlıq haqqında razılığa gəlinib. “Adidas” “Liverpul”un qadın və gənclər komandalarına, həmçinin klubun işçilərinə də futbol, məşq və gündəlik geyinmələri üçün formalar təqdim edəcək.
Tərəflər bir neçə dövr ərzində, ilk növbədə 1985-ci ildən 1996-cı ilə, sonra isə 2006-cı ildən 2012-ci ilə qədər tərəfdaşlığa malik olublar. Bu müddət ərzində “qırmızılar” üç Premyer Liqa titulunun və üç İngiltərə kubokunun qalibi də daxil olmaqla çoxsaylı mükafatlar qazanıb.
Bizi Facebook-da izləyin



