“Liverpul” Almaniya klubunun futbolçusunu “qaralayıb”
“Bayer”in yarımmüdafiəçisi Ceremi Frimponq İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” niderlandlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.
Mersisayd klubunun rəhbərliyi 23 yaşlı Frimponqu karyerasını “Real”da davam etdirməyə yaxın olan Trent Aleksander-Arnoldun əvəzləyicisi hesab edir.
Frimponq 2021-ci ilin qışından Leverkuzen klubunda çıxış edir. O, cari mövsümdə “əczaçılar”ın heyətində 18 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin