“Liverpul” AÇ-2024-də oynayan futbolçunu ala bilər

İspaniya milli komandasının və “Atletik”in vingeri Niko Uilyamsın İngiltərə Premyer Liqasına keçmək imkanı var.

Komanda.az “deadlinedaylive”-a istinadən xəbər verir ki, “Liverpul” hücumçu ilə maraqlanır.

Uilyamsın müqaviləsinə 58 milyon avroya satınalma variantı daxildir. “Liverpul”dan başqa, ispaniyalı futbolçunun transferində “Barselona” və PSJ klubları da maraqlıdır.

Uilyams ötən mövsüm İspaniya çempionatında “Atletik”in heyətində 31 matçda iştirak edib, 5 qol vurub, 11 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button