“Liverpul” qiyməti 80 milyon avro olan futbolçunu istəyir
“İnter”də çıxış edən yarımmüdafiəçi Nikolo Barella karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək imkanına malikdir.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Liverpul” italiyalı futbolçunu sıralarına qatmaq niyyətindədir.
Barellanın potensial transferi 80 milyon avro dəyərində qiymətləndirilir. Onun “İnter”lə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi nəzərdə tutulub.
Bundan əvvəl mətbuat 27 yaşlı yarımmüdafiəçi ilə Premyer Liqanın digər klubu “Mançester Siti”nin də maraqlandığını yazmışdı.
Barella İtaliya çempionatının cari mövsümündə 4 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin