“Liverpul” 60 milyon avroya müdafiəçi transfer edə bilər
“Bayer”in (Leverkuzen) müdafiəçisi Odilon Kossunou yay transfer pəncərəsində klubu tərk edə bilər.
Komanda.az “Caughtoffside”-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə müqavilə imzalamağa əsas iddiaçı “Liverpul”dur. Futbolçunun potensial müqaviləsi 60 milyon avro dəyərində qiymətləndirilir.
Bundan başqa, futbolçu ilə “Mançester Yunayted”, “Tottenhem”, “Bayern” və “Real” da maraqlanır.
Kossunou 2021-ci ilin iyulundan “Bayer”də çıxış edir. O, ümumilikdə komandada 101 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2025/26 mövsümünün sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin