“Liverpul” 5 il sonra…

“Liverpul” İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Çelsi”yə 0:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar” bütün turnirlər daxil olmaqla, ardıcıl üç oyundur məğlub olur. “Liverpul” bu halla beş il sonra ilk dəfə üzləşib. Belə ki, Mersisayd klubu sonuncu dəfə 2014-cü ilin noyabr ayında ardıcıl üç oyunda məğlubiyyət acısı yaşamışdı. Həmin vaxt komanda ardıcıl olaraq “Nyukasl”a (0:1), “Real”a (0:1) və “Kristal Pelas”a (1:3) məğlub olmuşdu.

Yurgen Kloppun komandası bundan əvvəl UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” (0:1) və Premyer Liqada “Uotford”la (0:3) oyunlarda zəif tərəf olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button