“Liverpul” 4 futbolçusu ilə vidalaşacağını açıqladı

İngiltərənin “Liverpul” klubu cari mövsümün sonunda 4 futbolçusu ilə vidalaşacağını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Roberto Firmino, Nabi Keyta, Ceyms Milner və Aleks-Oksleyd Çemberlen Mersisayd təmsilçisindən ayrılacaq. Onların başa çatan müqavilələri yenilənməyəcək.

Xatırladaq ki, Firmino və Milner 2015-ci, Çemberlen 2017-ci, Keyta isə 2018-ci ildən “Liverpul”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button