
“Liverpul” da mübarizəyə qoşulub – 19 yaşlı futbolçu üçün
“Sauthempton”un 19 yaşlı vingeri Tayler Diblinq “Liverpul”un transfer hədəfinə çevrilib.
Komanda.az xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat yayıb.
Mersisayd təmsilçisi Diblinq uğrunda mübarizəyə “Mançester Yunayted”, “Çelsi” və “Nyukasl” klubları ilə birgə qoşulub. Bildirilir ki, gənc futbolçu ilə “Portu” da maraqlanır.
Son mövsümdə İngiltərə Premyer Liqası, Federasiya kuboku və Liqa kubokunda ümumilikdə 38 oyunda iştirak edən Diblinq, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.
İngiltərəli futbolçunun “Sauthempton”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



