“Liverpul” 1/8 finalda “Arsenal”a rəqib oldu

Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Premyer Liqa nəhəngləri demək olar ki, bu mərhələdə sürprizə imkan verməyiblər və əksəri darmadağınla növbəti mərhələyə yüksəlib.

“Leyton Oriyent” – “Tottenhem” oyunu baş tutmayıb. Buna meydan sahibi komandanın xeyli futbolçusunda koronavirus aşkarlanması səbəb olub. Təqvimin sıxlığı səbəbindən istisna edilmir ki, “Leyton Oriyent”ə texniki məğlubiyyət verilsin.

İngiltərə Liqa Kuboku
1/16 final

Linkoln – Liverpul 2:7
Mançester Siti – Bornmut 2:1
Bristol Siti – Aston Villa 0:3
Çelsi – Barnsli 6:0
Flitvud – Everton 2:5
Lester Siti – Arsenal 0:2
Morekamb – Nyukasl 0:7
Fulhem – Şeffild Uednesdey 2:0
Milluoll – Bernli 0:2
Preston – Brayton 0:2
Stok Siti – Gillingem 1:0
Luton Taun – Mançester Yunayted 0:3
Vest Hem – Hall Siti 5:1
Nyuport – Uotford 3:1
Vest Bromviç – Brentford 2:2 (penaltilər 4:5)

Artıq 1/8 finalda qarşılaşacaq komandalar bəllidir:

Aston Villa – Stok Siti
Brentford – Fulhem
Brayton – Mançester Yunayted
Bernli – Mançester Siti
Everton – Vest Hem
Liverpul – Arsenal
Nyuport – Nyukasl
Leyton Oriyent/Tottenhem – Çelsi

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button