
Salah da Avropanı tərk edə bilər
Məhəmməd Salah çətin ki, “Liverpul”la müqaviləsini uzatsın.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, misirli futbolçu ilə “qırmızılar” arasında yeni müqavilə çətin ki, baş tutsun. Belə ki, Salah 2024/25 mövsümünün sonunda azad agent kimi Səudiyyə Ərəbistanına keçə bilər. Yerli klublar onu transfer etməkdə maraqlıdır.
32 yaşlı hücumçunun “Liverpul”la müqaviləsinin müddəti gələn ilin ortalarına kimi hesablanıb.
Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. O, ötən mövsüm Premyer Liqada 32 oyun keçirib, 18 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin