Ouen: “Bəzi axmaqlar hələ də “Mançester Yunayted”də oynadığım üçün məni tənqid edirlər”
“Liverpul”un və “Nyukasl”ın sabiq hücumçusu Maykl Ouen vaxtı ilə “Mançester Yunayted”ə keçməsinin təfərrüatlarını və səbəblərini açıqlayıb.
Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, keçmiş ingilis futbolçu “Mançester Yunayted”in onun üçün ən yaxşı seçim olduğunu bildirib:
“Bəzi axmaqlar hələ də “Mançester Yunayted”də oynadığım üçün məni tənqid edirlər. Lakin bu, çox nadir hallarda olur. Bunlar “tvitter” və ya digər şəbəkələrdə qəribə insanlar ola bilər. Düşünürəm ki, hansısa ağlı başında olan və ya bu qərarı iki dəqiqədən çox izah etdiyim hər kəs anlayıb.
“Liverpul”dan ayrıldıqdan sonra bu barədə dəfələrlə danışmışam. Bu hekayə ilə tanış olan insanlar o zaman hər şeyin necə inkişaf etdiyini başa düşəcəklər. Onlar bilirdilər ki, karyeramboyu “Liverpool”a qayıtmaq istəmişəm, çünki bu, mənim komandamdır. Ancaq baş məşqçinin mənə ehtiyacı yox idi, çünki Fernando Torres kluba gəldi. Sonra o gedəndən sonra Luis Suares gəldi.
Günün sonunda futbol oynamaq mənim işim idi və öz oyunumun üstündə qalmalı idim. “Nyukasl”dan ayrıldıqdan sonra mövcud olan bütün komandalar arasında “Mançester Yunayted” ən yaxşı seçim idi”.
Bizi Facebook-da izləyin