Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”
Litva millisinin kapitanı Fyodor Çernıx sabah Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, Moskva “Dinamo”sunun şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçi, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azərbaycan yığması yaxşı komandadır. Rəqibin yaxşı futbolçuları var. Düşünürəm ki, bizi çətin oyun gözləyir. Yaxşı oyun olacağına ümid edirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin