Litva millisi Azərbaycana 23 futbolçuyla gələcək – Siyahı
Litva millisinin AÇ-2020-nin seçmə mərhələsinin Lüksemburqla oyunu və Azərbaycanla keçirəcəyi yoldaşlıq matçı üçün heyəti məlum olub.
Komanda.az Litva Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Valdas Urbonas 23 futbolçuya dəvət göndərib:
Qapıçılar: Ernestas Setkus (“Hapoel” Hayfa, İsrail), Dzyuqas Bartkus (“Hapoel İroni”, İsrail), Emiliyus Zubas (“Bney Yehuda”, İsrail);
Müdafiəçilər: Algis Yankauskas, Vaydas Slaviçkas, Vitautas Andriuskeviçyus (hamısı “Suduva”), Rolandas Baravikas (“Jalgiris”), Markas Palionis (“Reqensburq”, Almaniya), Rimvidas Sadauskas (“Stumbras”), Linas Klimaviçyus (“Dinamo” Buxarest, Rumıniya), Valdemar Borovski (“Trakai”);
Yarımmüdafiəçilər: Vikintas Slivka (“Hibernian”, Şotlandiya), Arturas Julpa (“Tobol”, Qazaxıstan), Donatas Kazlauskas (“Trakai”), Deymantas Petraviçyus (“Falkirk”, Şotlandiya), Mantas Kuklis (“Jetısu”, Qazaxıstan), Saulius Mikolyunas, Modestas Vorobyovas (hər ikisi “Jalgiris”), Yustinas Malajas (“Riterai”);
Hücumçular: Fedor Çernıx (“Dinamo” Moskva, Rusiya), Arvidas Novikovas (“Yagelloniya”, Polşa), Neriyus Valskis (“Hapoel” Təl-Əviv, İsrail), Paulius Qolubiçkas (“Suduva”).
Azərbaycan – Litva görüşü martın 25-də keçiriləcək. 8-ci km stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək. Lüksemburq – Litva matçı isə martın 22-də, saat 23:45-də başlayacaq.
Bizi Facebook-da izləyin