“Liqanı bərpa etmək üçün əlimizdən gələni edəcəyik” – Federasiya rəhbəri
İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina koronavirus pandemiyası səbəbiylə dayandırılan A Seriyası ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “Rai Radio”ya danışan qurum rəhbəri, çempionatı bərpa etmək üçün çalışdıqlarını bildirib:
“Məsuliyyətimizi bilərək və sağlam düşüncə ilə doğru yolu tapacağımıza ümid edirəm. Mövsümün ləğv ediləcəyini düşünənlər futbolu və ya İtaliyanı sevməyənlərdir. Liqanı bərpa etmək üçün əlimizdən gələni edəcəyik.
Hazırkı planlara görə, mayın sonu – iyunun əvvəli çempionatı bərpa edə bilərik. Oyunlara başlayanda, hər kəsin öz stadionunda oynaması üçün həll yolu fikirləşərik. Hər kəs testlərdən keçib, mənfi nəticə alsa, virusun yayılması ilə bağlı problem olmayacaq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin