“Liqaların azı 80 faizinin meydanda yekunlaşacağını düşünürəm” – UEFA prezidenti
UEFA prezidenti Aleksandr Çeferin koronavirus səbəbiylə dayandırılan liqalarla bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “Corriere dello Sport”a danışan qurum rəhbəri, yerli çempionatların davam etdirilməsinin vacib olduğunu deyib:
“Bu məsələdə heç kim məsuliyyətsiz davranmaq istəməz. A Seriyasının futbolçularına və rəhbərliyinə böyük hörmətim var, buna görə də, onların çempionatı ləğv etmək fikirlərinin olduğuna inanmıram. Avropada mövsümü tamamlamaq üçün konkret bir plan var. Yerli liqaların çoxunun çempionatı tamamlaya biləcəyini düşünürəm. Kimsə bunu etməsə, bu, onların seçimi olacaq. Növbəti avrokubok yarışlarında iştirak etmək istəsələr, ilk turlardan keçməli olacaqlar.
Çempionatların bərpası ilə bağlı dəqiq tarix gözləyirik, amma turnirlərin avqust ayında yekunlaşacağını ehtimal edirəm. Liqaların azı 80 faizinin meydanda yekunlaşacağını düşünürəm. Müəyyən bir müddət azarkeşlərin stadiona girişi mümkün olmayacaq, amma ümid edirəm ki, bu, uzun çəkməyəcək”.
Bizi Facebook-da izləyin