Liqa 1-də 22 klub?!

Fransa Liqa 1-ində növbəti mövsümün formatında dəyişiklik ediləcək.

Komanda.az “Le Parisien”ə istinadən xəbər verir ki, növbəti mövsüm çempionatda 20 deyil, 22 klub iştirak edə bilər. Bu, liqada cari mövsümün koronavirus səbəbiylə erkən başa çatdırılması ilə bağlıdır. Belə ki, cari mövsümdə turnir cədvəlinin son pillələrini tutan “Amyen” və “Tuluza” klublarının çempionatı tərk etməyəcəyi bildirilir. Bununla bağlı turnirin rəhbərliyi ilə Fransa Futbol Federasiyası arasında danışıqların aparıldığı deyilir və iki klubun liqada qalması haqda qərarın bu gün açıqlanacağı gözlənilir.

Sözügedən iki klub çempionatda qalsa, Liqa-2-dən gələcək iki komandanın iştirakı ilə növbəti mövsümdə 22 komanda mübarizə aparacaq.

Liqa 1-də cari mövsüm vaxtından əvvəl başa çatdırılıb və PSJ çempion elan edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button