Liqa 1-i Avstraliyaya dəyişdi
Futbol üzrə Kosovo yığmasının yarımmüdafiəçisi Valon Berişa Fransanın “Reyms” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi onu Avstraliyanın “Melburn Siti” klubuna icarəyə verib. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
29 yaşlı futbolçunun 2023-cü ilin 30 iyununa kimi icarədə olacağı diqqətə çatdırılıb.
Berişa 2020-ci ilin yayında İtaliyanın “Latsio” klubundan 4,5 milyon avro qarşılığında “Reyms”ə transfer olunmuşdu. O, bu komandada keçirdiyi 2 mövsüm ərzində 41 oyunda cəmi 1 qol vurub. Berişa daha öncə “Latsio” ilə yanaşı, “Egersund”, “Vikinq”, “Zalsburq” və “Fortuna” (Düsseldorf) klublarının da formasını geyinib. O, Kosovo yığmasında 36 oyunda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin