
Liqa 1 klubundan 6,5 milyonluq transfer
“Lill” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Portuqaliyanın “Eştoril” klubunun sağ cinah müdafiəçisi Tyaqo Santosu transfer edib.
20 yaşlı portuqal futbolçu ilə 5 illik müqavilə imzalanıb. Fransa klubu onun transferi üçün “Eştoril”ə 6,5 milyon avro ödəyib.
Santos “Eştoril”də başladığı peşəkar karyerası ərzində 34 oyuna çıxıb, 7 ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin