
Liqa 1 klubunda yeni müqavilə
“Monako” müdafiəçi Vandersonla müqaviləni uzadıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə 2027/2028 mövsümünün sonuna qədər olan yeni müqavilə imzalanıb.
Braziliyalı oyunçu 2022-ci ilin yanvarında “Qremio”dan 11 milyon avroya “Monako”ya transfer olunub. O, bu klubun heyətində 76 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin