
Liqa 1 klubunda yeni baş məşqçi
Fransanın “Lans” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-qırmızılar”ı Uill Still çalışdıracaq.
31 yaşlı mütəxəssis yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
Still son olaraq Fransanın “Reyms” komandasına rəhbərlik edib.
“Lans” Fransa Liqa 1-də 2023/2024 mövsümünü 51 xalla 7-ci sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin