
Liqa 1 klubunda yeni baş məşqçi
“Monako”nun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Avstriyadan olan 53 yaşlı Adi Hütterə həvalə olunub.
Tərəflər 2 illik müqaviləyə imza atıblar. O, baş məşqçi postunda Filipp Klemanı əvəz edib. Belçikalı mütəxəssis bu yay istefaya göndərilmişdi.
Hütter 2022-ci ilin yayından – Münhenqladbah “Borussiya”sından ayrılandan bəri işsiz idi. O, daha əvvəl Almaniyanın “Ayntraxt” (Frankfurt), İsveçrənin “Yanq Boyz”, Avstriyanın “Zalsburq”, “Altax” və “Qrödiq” komandalarını da çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin