
Liqa 1 klubunda yeni baş məşqçi
Fransanın “Lill” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Paulo Fonseka çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyadan olan 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Fonseka bu postda bir müddət öncə istefaya göndərilmiş Joslen Qurvenneki əvəz edib. Portuqaliyalı məşqçinin sonuncu iş yeri isə İtaliyanın “Roma” komandası olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin