Liqa 1 klubu milli üzvü ilə gücləndi

Futbol üzrə Əlcəzair yığmasının yarımmüdafiəçisi Nabil Bentaleb özünə yeni iş yeri tapıb.

Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra Fransanın “Anje” klubunun uğurları üçün çalışacaq.

Yarımmüdafiəçi Liqa 1 təmsilçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

Bentaleb son olaraq Almaniyanın “Şalke” komandasında çıxış edib. O, Almaniya klubundan ayrılandan – 2021-ci ilin yayından bəri azad agent statusu daşıyırdı. Yarımmüdafiəçi karyerası ərzində İngiltərənin “Tottenhem” və “Nyukasl” komandalarında da forma geyinib. Əlcəzair yığmasında 35 matça çıxan futbolçu 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button