Liqa 1 klubu hücumçusunu icarəyə verdi
Fransa “Oser”i heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi elitanın digər iştirakçısı “Renn”in hücumçusu Mattis Ablini heyətinə qatıb.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Oser” 19 yaşlı hücumçunu 2023-cü ilin 30 iyununa kimi icarəyə götürüb.
Ablin “Renn”in öz yetirməsidir. Fransalı hücumçu “Havr”da da icarədə olub. O, Fransanın U-21 yığmasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin