Liqa 1 klubu braziliyalını fransız qapıçı ilə dəyişdi

Fransanın “Lill” klubu braziliyalı qapıçısı Leo Jardimi Braziliya təmsilçisi “Vasko da Qama”ya satıb.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi bu transferdən 2 milyon avro qazanıb.

Braziliyadan olan 27 yaşlı qolkiper yeni klubu ilə 2025-ci ilin 31 dekabrına qədər müqavilə bağlayıb.

Jardim “Qremio”nun yetirməsidir. O, Portuqaliyada “Rio Ave” və “Boavişta”nın da uğurları üçün çalışıb. “Lill”ə 2019-cu ildə 6 milyon avro qarşılığında transfer olunan qolkiper, bu komandada 30 oyuna çıxıb.

“Lill” bu ayrılıqdan sonra Fransa millisinin sabiq qapıçısı, bu mövsümün əvvəlindən “Oser”də forma geyinən Benua Kostili heyətinə qatıb. Azad agent statusu daşıyan 35 yaşlı qolkiper yeni klubu ilə bu mövsümün sonunadək anlaşıb. Kostil peşəkar karyerasına “Kan”da başlayıb. O, “Vann”, “Sedan”, “Renn” və “Bordo” kimi klubların da formasını geyinib. Təcrübəli qapıçı cari mövsümün əvvəlində müqavilə imzaladığı “Oser”də 19 oyuna 41 qol buraxıb.

“Lill” hücumçusu İsaak Lihaci ilə də yollarını ayırıb. Fransadan olan 20 yaşlı forvard İngiltərənin “Sanderlend” klubuna satılıb. O, yeni klubu ilə 2.5 + 1 illik müqaviləyə imza atıb. Marsel “Olimpik”inin yetirməsi olan gənc forvard 2020-ci ildən “Lill”də forma geyinirdi. O, bu komanda 39 oyuna 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button