Liqa 1 klubu birini icarəyə verdi, birini satdı

“Şalke” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Brest” klubunun mərkəz müdafiəçisi Jere Uroneni icarəyə götürüb.

Finlandiyadan olan 28 yaşlı futbolçunun bu mövsümün sonunadək Bundesliqa təmsilçisinin uğurları üçün çalışacağı diqqətə çatdırılıb. Müqavilədə satınalma ilə də bağlı şərt var.

Uronen 2021-ci ilin iyul ayından “Brest”də idi. Finlandiya millisinin üzvü TPS, AİFK, “Helsinqborq” və “Genk”də də forma geyinib.

Yeri gəlmişkən, “Brest” qapıçısı Qotye Larsonneni də “Sent Etyen” klubuna satıb. Liqa 1 təmsilçisi bu transferdən 1.6 milyon avro qazanc əldə edib. Larsonne yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Brest”in öz yetirməsi olan 25 yaşlı futbolçu “Valensyen”də icarədə də olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button