Liqa 1 klubu baş məşqçisini istefaya göndərdi
Fransa “Strasburq”u baş məşqçisi Jülyen Stefanı istefaya göndərib.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
43 yaşlı mütəxəssis Fransa kubokunun 1/32 finalında “Anje”yə məğlubiyyətdən (0:0, penaltilərlə 4:5) sonra postundan ayrılmaq məcburiyyətində qalıb.
“Strasburq” rəsmi matçlarda sonuncu dəfə 3 ay əvvəl qələbə sevinci yaşayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin