Liqa 1 klubu baş məşqçisiz qaldı
Fransanın “Monpelye” komandasının baş məşqçi Olivye Dallolyo istefaya göndərilib.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Fransadan olan 58 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Monpelye” bu mövsüm 11 oyuna cəmi 4 qələbə qazanıb, 7 məğlubiyyətlə üzləşib və 12 xalla 11-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Dallolyo 2021-ci ilin iyun ayından “Monpelye”yə rəhbərlik edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin