Liqa 1 klubu baş məşqçisini qovdu
Fransanın “Anje” klubu baş məşqçi Abdel Buhazamanı istefaya göndərib.
Komanda.az xəbər verir ki, istefaya komandanın uğursuz nəticələri səbəb göstərilib.
54 yaşlı mütəxəssis ötən ilin noyabr ayında baş məşqçi təyin edilmişdi. O, bu komandanı 14 oyuna çıxarıb ki, bu görüşlərdən 9-unda uduzan “Anje”, 1 qələbə qazanıb, 4 heç-heçə edib.
“Anje” bu mövsüm Liqa 1-də 10 xalla 20 iştirakçı arasında sonuncudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin