Liqa 1 klubu baş məşqçisi ilə vidalaşdı
“Monako” baş məşqçisi Filipp Klemanı istefaya göndərib.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İstefaya komandanın uğursuz çıxışı səbəb olub. “Monako” Liqa 1-də 6-cı yeri tutaraq avrokuboklara vəsiqə qazana bilməyib.
Kleman “Monako”ya 2022-ci ilin əvvəlindən rəhbərlik edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin