Liqa 1-in autsayderləri elita ilə vidalaşdı – RƏSMİ

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Fransa çempionatında son iki pilləni tutan “Amyen” və “Tuluza” klublarının aqibəti ilə bağlı yekun qərar qəbul olunub.

Komanda.az xəbər verir ki, Liqa 1 mövsümün erkən başa çatdırıldığını açıqlayarkən bu iki klubun növbəti mövsümdə Liqa 2-də mübarizə aparacağını bəyan etmişdi.

Amma “Amyen” və “Tuluza” rəhbərliyi bu qərarla razılaşmadığından məhkəməyə üz tutmuşdu. Məhz ölkə rəhbərliyinin işə qarışmasından sonra bu qərara yenidən baxılacağı bildirilmişdi. Artıq bu məsələ ilə bağlı yekun qərar qəbul olunub. Hər iki klub 2020/21 mövsümündə Liqa 2-də mübarizə aparacaq. Bu barədə Fransa Peşəkar Futbol liqasının rəsmi saytı məlumat yayıb. Bu isə o deməkdi ki, Liqa 1 yeni mövsümdə 22 yox, ənənəvi olaraq 20 klubun iştirakı ilə keçiriləcək. “Amyen”lə “Tuluza”nı elitada Liqa 2-nin son mövsümünün qalibi “Loryan” və ikinci pilləni tutan “Lans” əvəz edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button