Liqa 1-də mart ayının ən yaxşı futbolçusu
Fransa Liqa 1-də mart ayının ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, “Renn”in hücumçusu Marten Terye ötən ayın ən yaxşısı seçilib.
Azarkeşlər arasında keçirilən sorğuda 35 faiz səs toplayan 25 yaşlı forvard hamını qabaqlayıb. “Monako”nun üzvü Vissam Ben Yedder 33 faiz səslə 2-ci, “Marsel”in hücumçusu Arkadiuş Milik isə 32 faiz səs toplayaraq 3-cü olub.
Martin Terye 2020-ci ildən “Renn”in formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin