Liqa 1-dən MLS klubuna

Futbol üzrə İsveçrə millisinin yarımmüdafiəçisi Cerdan Şakiri Fransanın “Olimpik” (Lion) klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı futbolçu bundan sonra karyerasını MLS təmsilçisi “Çikaqo Fayr”da davam etdirəcək.

Bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb. Təcrübəli oyunçu yeni klubu ilə 2024-cü ilin sonunadək müqavilə bağlayıb. Fransa klubu bu keçidə görə 7 milyon avro qazanıb.

Cerdan Şakiri 2021-ci ilin avqustundan “Olimpik”də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 16 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

İsveçrə millisinin üzvü daha öncə “Bazel”, “Bayern”, “İnter”, “Stok Siti” və “Liverpul” klublarında da forma geyinib. Ölkəsinin yığmasında 100 matça çıxmış futbolçu, 26 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button