Liqa-1-də yeni qayda

Fransa Liqa-1-də yenilik tətbiq olunub.

Komanda.az xəbər verir ki, hər tur bombardirlik yarışında lider olan futbolçu yeni forma ilə oyuna çıxacaq. Formanın üzərində “Top scorer” (ən yaxşı bombardir) sözləri yazılan qızılı loqo olacaq. İdeya Liqa-1-ə məxsusdur.

İlk forma dünən “Monako”ya qarşı 13-cü turun matçından əvvəl PSJ-nin hücumçusu Kilian Mbappeyə təqdim olunub. Görüş 5:2 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. Mbappe 39-cu dəqiqədə komandasının 2-ci qolunu (penaltidən) vurub.

Hazırda Mbappe 13 qolla bombardirlər yarışına başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button